9 yaşlı qızın mədəsindən çıxanlar dəhşətə gətirdi

9 yaşlı qızın mədəsindən çıxanlar dəhşətə gətirdi
SAĞLAMLIQ
10:22 07.08.2025
138
Öz saçlarını udan 9 yaşlı qızın mədəsindən saç kütləsi çıxarıldı.

AZXEBER.COM xəbər verir ki, 30.07.2025-ci il tarixində 05.08.2016-ci il təvəllüdlü Qax rayon sakini (qadın cinsli) ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Şöbənin müdiri İlqar Haqverdiyev və həkim Binnət Sofiyevin iştirakı ilə qastrotomiya əməliyyatı icra edilib. 

9 yaşlı azyaşlının mədəsində aparılan cərrahi əməliyyat uğurla bitib və saç kütləsi xaric edilib. 
Hazırda onun müalicəsi Uşaq Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. 

Qeyd edək ki, tirixofagiya adlandırılan xəstəlik əslində psixoloji problemdir. Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri götürüb yeyirlər. Bu zaman mədədə tüktopası yığılır, tükdən ibarət böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana bilməmək, qusma və mədə nahiyəsində şişkinlik kimi əlamətlər ortaya çıxır.
 

 


OXŞAR XƏBƏRLƏR