90-cı illərin əfsanəvi qrupu geri qayıdır

90-cı illərin əfsanəvi qrupu geri qayıdır
DÜNYA
11:32 01.05.2025
160
Pop əfsanəsi "Spice Girls"ün 2026-cı ildə dünya turnesinə çıxmağa hazırlaşdığı bildirilir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qrupun solisti Viktoriya Bekhemin bu tura qatılmayacağı barədə şayiələr mövcuddur.
 
Britaniya mətbuatının yazdığına görə, qrup 30 illik yubileyində pərəstişkarlarını həyəcanlandıracaq dünya turnesinə hazırlaşır.

Geri Horner, Emma Bunton, Mel B və Mel C-nin böyük görüşə qatılacağı deyilsə də, "Posh" ləqəbi ilə tanınan Viktoriya Bekhemin qastrol səfərində olmama ehtimalı yüksək olaraq qiymətləndirilib.

Bununla belə, Viktoriya Bekhemin ən azı bir dəfə sürpriz görünüşə sahib ola biləcəyi və qrupla birlikdə səhnəyə çıxa biləcəyi də iddia edilib.

"Spice Girls" 2019-cu ildə Viktoriya Bekhemsiz qastrol səfərində olub, 13 stadion şousunda 700.000 bilet satıb. Qrup sonuncu dəfə 2012-ci ildə Olimpiya Oyunlarının bağlanış mərasimində çıxış edib.

Yeni turun 2026-cı ildə baş tutacağı gözlənilir.
 
Oksana

OXŞAR XƏBƏRLƏR