ABŞ-da 92 yaşlı əkiz qardaşlar eyni gündə dünyalarını dəyişib. Culian və Adrian Rister qardaşları anadan olduğu gündən bəri həmişə birlikdə olub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, qardaşlar çox nadir hallarda ayrı qalıblar. Uşaqlıqda birgə oynayıb, birlikdə məktəbə gedib, birlikdə səyahətə çıxıblar.
Qardaşlar rahiblər məktəbinə də eyni vaxtda daxil olublar. Əkiz qardaşları tanıyanlar onların ölümünün eyni günə düşməsinə heç də təəccüblənməyib. Çünki onlar həmişə birlikdə olublar.
Qardaşları tanıyanların sözlərinə görə, onlar heç vaxt mübahisə etməyiblər.