92 yaşlı qadın 8-ci mərtəbədən yıxıldı - Yasamalda dəhşət

92 yaşlı qadın 8-ci mərtəbədən yıxıldı - Yasamalda dəhşət
SOSİAL
22:13 27.04.2018
8814
Bakıda 92 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Yeni Yasamal yaşayış massivində 1926-cı il təvəllüdlü Bağırova Nərgiz Mustafa qızı yaşadığı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yerə yıxılıb. O, ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın ölüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR