94 yaşını paraşütlə tullanaraq qeyd etdi

94 yaşını paraşütlə tullanaraq qeyd etdi
DÜNYA
14:35 10.09.2025
266
Avstraliyanın Kvinslend şəhərində bir qadın 94 yaşını paraşütlə tullanaraq qeyd edib.

AZXEBER.COM "ABC News Australia"a istinadən xəbər verir ki, 
 
Betti Qriqori 94-cü ad günündə Qızıl Sahil üzərində 3600 metr hündürlükdə təyyarədən paraşütlə tullanıb.

O, paraşüt sevgisinin nədən qaynaqlandığını açıqlayıb:
 
"17 yaşında Qadın Kral Hərbi Hava Qüvvələrində hava fotoqrafı kimi xidmət edirdim. O vaxt təyyarədən tullanmağı xəyal etmişəm, lakin qadın olduğum üçün buna icazə verilməyib".

80 illik yubileyində ilk dəfə paraşütlə tullanan Qriqori o vaxtdan bəri dörd ad gününü oxşar şəkildə qeyd etdiyini bildirib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR