Peruda bütün dünyanın diqqətini cəlb edən hadisə baş verib.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, 95 kiloqram ağırlığında olan 19 yaşlı Mirella Paz Balon "Miss Peru" yarışmasının finalına çıxıb.
3 ay əvvəl yarışmanın seçim turlarına qatılan Mirella o zaman 115 kq olub. O jüriyə söz verib ki, arıqlayacaq və 3 aya 20 kq atıb.
Ancaq xanım bununla da kifayətlənmək fikrində deyil, o yenə arıqlayacağını deyib.
Qeyd edək ki. Mirella "Miss Peru"nun qalibi olsa, "Miss Universe" yarışmasında ölkəsini təmsil edəcək.




