Bakıda məşhur taksi şirkəti müştərini yolda qoydu - ŞİKAYƏT

SOSİAL
17:26 02.11.2017
10358
Bakıda taksi şirkətlərindən şikayətlərin sayı hər keçən gün daha da artır.  
 
AZXEBER.COM xəbər verir ki, tanınmış telejurnalist Günay Yelmarqızı 99-33 taksi şirkətinin məsuliyyətsiz və laqeyid xidmətindən gileylənib.
 
O başına gələnləri belə şərh edib: "Səhər tezdən uşağı məktəbə aparmaq üçün taksi sifariş etmişdik. 15-20 dəqiqə sonra mesaj gəldi ki, filan nömrəli taksi sizi gözləyir. Taksi sürücüsünün telefon nömrəsi də qeyd olunmuşdu mesajda. Düşdük həyətə, gördük ki, maşın yoxdur. Taksi sürücüsünə zəng edib sizi gözləyirik dedikdə heç gözləmədiyim cavab eşitdim "Mən sizin sifarişdən imtina edib, başqa sifariş üçün gəlmişəm və bu haqda operatora məlumat vermişəm".
 
Yenidən operatorla əlaqə yaratdığını deyən xanım jurnalist cavab olaraq bunları eşidib: "Bizdə belə şeylər olur"
 
Jurnalist Gəray Qiyasov isə adıçəkilən şirkət haqda bu sözləri yazıb: 9933 - taxi xidməti deyil, komediyadır. Bir dəfə Səadət Sarayı tərəfdə sifariş verdim. 20 dəqiqə sonra operatora zəng elədim. Qayıtdı ki, "Siz zəng edib, sifarişdən imtina etmisiz!" Dedim, "Ay başına dönüm, bir bax gör bu nömrədən zəng gəlib?" Baxdı: "Xeyr" Deyirəm, bəs necə imtina edə bilərəm mən? Axı zəng eləməmişəm?! Operator: ERROR... Sonra dedilər ki, "Göndəririk"...

20 dəqiqə sonra bir də yığdım... Operator: "Sizə maşın təyin etmişdik. Sürücü zəng elədi ki, müştəri sifarişdən imtina edib!" Dedim, "Ay xanım, siz bəyəm mənə sürücünün nömrəsini göndərmişdiz ki, bir ona da zəng eliyib, imtina edim?!" Baxdı: "Xeyr" Deyirəm, bəs necə imtina eləmişəm?! Operator: ERROR... Sonra "göndəririk"... yarım saat sonra taksi gəldi...
 
*** İkinci hadisə: "Montin"dən evə gedirəm, 9933-ə zəng elədim... 20 dəqiqə sonra taksi gəldi, mindim. 10 dəqiqə sonra başqa nömrədən zəng gəldi: "Salam. taksi sifariş eləmisiz. Mən burdayam!" Bu dəfə mən ERROR... "Qardaş, mən artıq taksi ilə evə gedirəm eee. Bunlar neçə nəfəri göndəriblər?!" Bu vaxt mindiyim taksinin sürücüsü: "Qardaş, bu yaxşıdı eee. O gün bir sifarişə 3 dənə taksi göndərmişdilər!"
 
Qeyd edək ki, 99-33 taksi xidmətindən istifadə edən müştərilər bu xidmətdən tez-tez narazı qalır və məsiliyyətsiz, kobud sürücülərlə rastlaşdıqlarını qeyd edirlər.
 

 

 


 


 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir