AÇ: “Ay ulduzlular“ üçün növbəti şans

İDMAN
11:37 21.06.2016
1292
Avropa Çempionatında qrup mərhələsinin III turunun oyunları davam edir.
Bu gün C qrupunda iki oyun baş tutacaq.
Qrupun lideri Almaniya Şimali İrlandiya ilə üz-üzə gələcək. 1/8 finala lider kimi yollanmaq istəyən almanlar bu görüşdə qalib ayrılmağa çalışacaq.
Digər oyunda keçirdiyi hər iki görüşdə meydanı məğlub tərk edən Ukrayna Polşa ilə qarşılaşacaq. Ukrayna yığmasının az da olsa 1/8 finala yüksəlmək şansı var. Lakin bunun üçün Ukrayna Polşaya böyük hesabla qalib gəlməli, almanlar isə Şimali İrlandiyanı məğlub etməlidir.
Hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
D qrupunda da iki oyun keçiriləcək. Türkiyə millisi bu gün son matçına çıxacaq. Fatih Terimin komandası son turda Çexiya ilə üz-üzə gələcək. "Ay ulduzlular" 1/8 finala çıxmaq şanslarını saxlamaq üçün bu görüşdən mütləq qalib ayrılmalıdır. Əks təqdirdə Türkiyə millisi turnirdə mübarizəni dayandıracaq.
Qrupun digər görüşündə Xorvatiya son Avropa çempionu İspaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrup lideri olan ispanları bu matçda heç-heçə də qane edəcək. Xorvatlar isə qrup birinciliyinə yüksəlmək üçün mütləq İspaniyanı məğlub etməlidir.
Hər iki oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.
C qrupu
20:00. Şimali İrlandiya - Almaniya
Hakimlər: Kleman Turpen
Yan xətt hakimləri: Frederik Kano və Nikolas Danos
Əlavə köməkçi hakimlər: Benoit Bastien, Fredi Fautrel (hamısı Fransa)
Dördüncü hakim: Slavko Vinçiç (Sloveniya)
Paris. "Park de Prins" stadionu.
20:00. Ukrayna – Polşa
Baş hakim: Svein Oddvar Moen
Yan xətt hakimləri: Kim Tomas Haaqlund və Drank Andas
Əlavə köməkçi hakimlər: Ken Henri Consen və Svein-Erik Edvartsen (hamısı Norveç)
Dördüncü hakim: Hüseyn Göçek (Türkiyə)
Marsel. "Velodrom" stadionu.
D qrupu
23:00. Çexiya – Türkiyə
Baş hakim: Villaim kollum (Şotlandiya)
Yan xətt hakimləri: Damien Makqreyt (İrlandiya), Fransis Konnor (Şotlandiya)
Əlavə köməkçi hakimlər: Bobbi Maden, Con Biton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Sergey Lapoçkin (Rusiya)
Lans. "Bollart-Delelis" stadionu.
23:00. Xorvatiya - İspaniya
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Roekel və Ervin Zeinstra
Əlavə köməkçi hakimlər: Pol van Boekel (hamısı Hollandiya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Bordo. "Bordo" stadionu.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR