Ağ Ev Çikaqo metrosu üçün 2,1 milyard dolları dondurub

Ağ Ev Çikaqo metrosu üçün 2,1 milyard dolları dondurub
DÜNYA
01:23 04.10.2025
290
Ağ Evin İdarəetmə və Büdcə İdarəsi İllinoys ştatının Çikaqo şəhərində metronun genişləndirilməsi layihələri üçün nəzərdə tutulan 2,1 milyard dolları dondurub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə idarənin rəhbəri Rassel Vot "X" sosial şəbəkəsində məlumat verib.

O, bunun podratçıların irqlərinə görə seçildiyi üçün olduğunu söyləyib.

"Qırmızı xəttin uzadılması, həmçinin Qırmızı və Bənövşəyi xəttin modernləşdirilməsi layihəsi də daxil olmaqla Çikaqo infrastruktur layihələrində 2,1 milyard dollar maliyyələşdirmənin irqə əsaslanan müqavilələr vasitəsilə ötürülməməsini təmin etmək üçün dayandırılıb".
OXŞAR XƏBƏRLƏR