ABŞ-nin milli təhlükəsizlik müşaviri Jake Sullivan Qəzza zolağında mümkün atəşkəs razılaşmasının hələ danışıqlar mərhələsində olduğunu bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 142 gündür davam etsə də, Qəzza zolağında atəşkəs üçün danışıqlar davam edir.
ABŞ mətbuatına açıqlamasında ABŞ-nin milli təhlükəsizlik müşaviri Jake Sullivan İsrail, Misir, Qətər və ABŞ-nin Qəzza zolağında müvəqqəti atəşkəs razılaşmasının "əsas xətləri" üzərində razılaşdıqlarını bildirib.
Qəzza zolağında mümkün atəşkəs razılaşmasının hələ danışıqlar mərhələsində olduğunu izah edən Sullivan Qətər və Misirin HƏMAS ilə dolayı danışıqlara ehtiyac duyacağını ifadə edərək deyib:
"Bu iş davam edir. Ümid edirik ki, önümüzdəki günlərdə nail olacağıq. Bu mövzuda həqiqətən qəti və yekun razılığın əldə oluna biləcəyi bir nöqtə var”.
Ayşən