Ağ Ev Şimali Koreyanın Rusiya-Ukrayna müharibəsində Rusiyaya yardım etdiyini iddia edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi Rusiya-Ukrayna müharibəsi ilə bağlı təəccüblü açıqlama verib.
Ağ Ev rəsmisi Şimali Koreyanın Ukrayna müharibəsində istifadə etmək üçün gizli şəkildə Rusiyaya əhəmiyyətli miqdarda artilleriya mərmisi göndərdiyini açıqlayıb.
Kirbi Şimali Koreyanın Ukraynaya hücumlarda istifadə etmək üçün gizli şəkildə Rusiyaya əhəmiyyətli sayda mərmi tədarük etdiyi barədə məlumatlara malik olduqlarını bildirib:
"Biz Şimali Koreyanın döyüş sursatlarının Ukraynadakı müharibənin gedişatını dəyişəcəyini düşünmürük”, - deyə bəyanatda bildirilib.
Ayşən