Ağ ev Taksim olaylarından narahtdı

DÜNYA
13:24 12.06.2013
1320

Rəsmi Vaşinqton Türkiyədə baş verənlərə növbəti dəfə münasibət bildirib.

Ağ ev Taksimdə baş verən hadisələrə növbəti dəfə münasibət bildirib. ABŞ Milli Təhlükəsizlik Şurasının Ağ Ev yanında nümayəndəsi Keytlin Heyden Türkiyədə baş verən hadisələri təşvişlə izlədiklərini, xoşməramlı etirazları ehtiva edən söz və toplaşma azadlığına dəstəklərinin davam edəcəyini bildirib. “Türkiyədə uzun vədəli asayiş və təhlükəsizlik mühiti ancaq söz azadlığı, sərbəst toplaşma kimi əsas hüquq və azadlıqların təminatı altında ola bilər. Türkiyə ABŞ-ın çox yaxın dostu və müttəfiqidir. Türkiyə rəsmilərindən insanların əsas hüquq və azadlıqlarına dəstək verməsini gözləyirik”.

OXŞAR XƏBƏRLƏR