Ağ Ev: Tramp İrana qarşı hava zərbələrini istisna etmir

Ağ Ev: Tramp İrana qarşı hava zərbələrini istisna etmir
DÜNYA
23:12 12.01.2026
747
ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün bütün variantları, o cümlədən hava zərbələrini nəzərdən keçirir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə açıqlamasında bildirib.

"Düşünürəm ki, Prezident Trampın çox yaxşı bacardığı məqamlardan biri bütün variantları daim masada saxlamaqdır. Hava zərbələri Ali baş komandanın ixtiyarında olan çoxsaylı variantlardan yalnız biri ola bilər. Diplomatiya isə prezident üçün həmişə birinci seçimdir”, - Ağ Ev rəsmisi qeyd edib.
OXŞAR XƏBƏRLƏR