Qəzzaya hücumlar və ABŞ-nin İsrailə verdiyi dəstəkdən sonra Co Bayden administrasiyasındakı müsəlmanların narahat olduğu iddia edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, HuffPost-da yer alan xəbərə görə, Bayden administrasiyasındakı müsəlmanların əhəmiyyətli bir hissəsi İsrailin Qəzza əməliyyatı ilə bağlı müxalif fikirlər səsləndirəcəkləri təqdirdə qisas hədəfinə çevriləcəklərindən narahatdırlar.
HuffPost-a daxil olan gizli məlumatda deyilir: "İlk dəfədir ki, administrasiyada bu qədər susqunluq var. Bu, 11 sentyabrdan sonrakı dövrə bənzəyir”.
Aysel