Ağ Evdə tapılan narkotikin Baydenin ailə üzvlərinə aid olduğu iddia edilir

Ağ Evdə tapılan narkotikin Baydenin ailə üzvlərinə aid olduğu iddia edilir
DÜNYA
20:45 11.08.2023
318
Ağ Evdə tapılan narkotik vasitənin ABŞ prezidenti Co Baydenin ailəsindən birinə aid olduğu iddia edilib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın "Soldier of Fortune" jurnalının sahibi Susan Katz Keating bazar günü dərc etdiyi xəbərdə bu iddianı paylaşıb.

Keating hadisədən birbaşa xəbəri olduğunu iddia edən dövlət qurumunda çalışan üç mühafizəçidən əldə etdiyi məlumata əsaslanaraq, kokainin Baydenin ailə üzvlərinə olduğunu iddia edib.

Xəbərdə mühafizəçinin hansı qurumda işlədiyi və kim olduqları barədə məlumat paylaşılmayıb.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR