Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir

Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
DÜNYA
02:49 26.03.2026
238
Ağ Evin sözçüsü Karolin Livit ABŞ ilə İran arasında danışıqların davam etdiyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o Donald Tramp üçün əsas prioritet hər zaman sülh olub. Lakin Livitin sözlərinə görə, əgər İran hərbi məğlubiyyətini qəbul etməzsə, Tramp daha sərt hərbi addımlar atmağa hazır olduğunu bildirib.

Mətbuat brifinqi zamanı jurnalistlərin suallarını cavablandıran Livit vurğulayıb ki, ABŞ diplomatik danışıqları davam etdirməklə yanaşı, hərbi variantları da gündəmdə saxlayır.

ABŞ əsgərlərinin İrana daxil olub-olmayacağı ilə bağlı konkret mövqe bildirməyən sözçü qeyd edib ki, bu qərar birbaşa prezident Trampa məxsusdur.

Livit əlavə edib ki, Trampın İranla bağlı sərt açıqlamaları blef deyil və lazım gələrsə, ABŞ prezidenti daha ciddi hərbi tədbirlər görməyə hazırdır.
 
Gülay
OXŞAR XƏBƏRLƏR