Bakıda ərəb turist idman edərkən öldü

Bakıda ərəb turist idman edərkən öldü
SOSİAL
10:38 17.08.2022
321
Bakıda əcnəbi vətəndaş idman edərkən ölüb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə avqustun 16-sı səhər saat 06:30 radələrində paytaxtın Xətai rayonu, Xəqani Rüstəmov küçəsinin yaxınlığında yerləşən Ağ şəhər bulvarında qeydə alınıb.

Belə ki, Küveyt vətəndaşı, 1964-cü il təvəllüdlü Faisal Aha Albahar idmanı məqsədilə qaçarkən qəflətən ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR