Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO

Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
SOSİAL
23:55 06.03.2026
615
2030-cu ilədək Bakıda 10 yeni metro stansiyası tikilib təhvil veriləcək. Bu plana bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə "Həzi Aslanov" stansiyasına kimi uzadılması daxildir. Stansiyaların yerləri də seçilib, müəyyənləşdirilib.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, B8 stansiyası Ağ şəhərin şimalında yerləşəcək.

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, 2016-cı ildən fəaliyyətə başlayan bənövşəyi xəttin inkişafının sonuncu mərhələsi onun ağ şəhərədək çatıdırılmasıdır.

Ekspert bildirib ki, b8 stansiyası ətraf ərazidə yaşayanların rahat hərrəkətini təmin etmək və tıxacı aradan qaldırmaqda böyük rol oynayacaq.

"Bakı Metropoliteni" QSC-dən də bildirildi ki, b8 stansiyasının tikiləcəyi ərazidə hələ ki heç bir nişanlanma yoxdur. Stansiyanın 2030-cu ilə qədər tikilib təhvil verilməsi nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR