A Seriyasını tərk edən komandaya 12 saatlıq avtobus səyahəti cəzası

A Seriyasını tərk edən komandaya 12 saatlıq avtobus səyahəti cəzası
İDMAN
09:05 21.05.2021
473
Bu mövsüm sona bir tur qalmış A Seriyasını tərk edəcəyi dəqiqləşən "Benevento” klubunun prezidenti Orste Viqorito komandasını uğursuz çıxışına görə cəzalandırmağı qərara alıb.

"Calciomercato” resursunun məlumatına görə, Filippo İnzaginin yetirmələri İtaliya çempionatının 38-ci turu çərçivəsində "Torino” ilə səfər qarşılaşmasına avtobusla yollanacaqlar.

Onların Turin şəhərinədək olan təxminən 900 km-lik məsafəni 12 saata qət edəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR