Rayon Prokurorluğundan verilən məlumata görə, Abad kənd sakini olan 4 yaşlı Azər Balaəşrəfov oynayarkən həyatını itirib.
Azyaşlı avqustun 10-da atasına məxsus yük maşınının qoşqusunun üstündə oynadığı zaman başı üstə yerə yıxılıb. Boynu sınan uşaq ağır xəsarətlə Ağdaş Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, avqustun 12-nə keçən gecə dünyasını dəyişib.