Ağdamın işğal günü konsert təşkil edən Zaur Baxşəliyev danışdı (VİDEO)

Ağdamın işğal günü konsert təşkil edən Zaur Baxşəliyev danışdı (VİDEO)
ŞOU-BİZNES
15:47 25.07.2011
4398

Ağdamın işğalı günü böyük təm-təraqla hazırlanan şou proqrama Faiq Ağayev də daxil olmaqla Azərbaycanın şou biznes ulduzları qatılıblar. Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd olduğu üçün Masallı sakinlərinın əksəriyyəti bu şou proqramın Masallıda keçirilməsinə öz etirazlarını bildiriblər.

 Böyük etiraza səbəb olan “Tanıdım səni” proqramının başlamasından bir saat sonra keçirilən konsert proqramında böyük qalmaqal yaranıb. Hadisə şahidlərinin bildirdiklərinə görə, Masallı şəhəri Nizami parkında (Mədəniyyət evinin qarşısı) keçirilən “Tanıdım səni” şou proqramının aparıcısı Zaur Baxşəliyev və Faiq Ağayevin iyrənc hərəkətlərinə dözə bilməyən Masallı cavanları Zaur və Faiq Ağayevi döymək istəyiblər. Faiq və Zaura hücum çəkən sakinlər polis dəyənəyinə tuş gəliblər.

AZXEBER.COM-un məlumatına görə, məsələylə bağlı Zaur bu gün canlı efirdə açıqlama verməyə məcbur olub. Amma gözlənilənlərin əksinə o Masallı camaatını xeyli tərifləyib. Baxşəliyev Masallı Rayon İcra Hakimiyyətinin başçısının və Masallı sakinlərinin qarşısında baş əyib. Zaur söyləyib ki, konsertə 7 min insan gəlib. Zaur konsertin dünən yəni iyunun 24-ü keçirildiyini söyləyib. Əslində isə konsert 24 iyul yox, 23 iyul Ağdamın işğal günü keçirilib. Bunu xalq artisti Faiq Ağayev də təsdiqləyib.

AZXEBER.COM portalı Zaurun bu gün canlı efirdəki çıxışını təqdim edir. Qeyd edək ki, bu video video.az saytına məxsusdur.

OXŞAR XƏBƏRLƏR