Ağacan Abıyevdən qoca deputatlara: “Gedin nəvələrinizlə oynayın”

Ağacan Abıyevdən qoca deputatlara: “Gedin nəvələrinizlə oynayın”
SOSİAL
21:01 09.07.2024
372
"Mənim fikrimcə, insan 70-80 yaşı adlayırsa, gedib nəvələri ilə oynamalıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, 86 yaşlı professor Ağacan Abıyev bildirib.

Onun sözlərinə görə, insan qocaldıqca zamanın dəyərini anlayır.

"Zaman hər şeydən dəyərlidir. Bəs nəvələrlə oynamağa nə zaman vaxt ayıracaqsınız? Mən deputatlığa namizəd olmaq istəyən qocalara müraciət edirəm: gedin nəvələrinizlə oynayın, sonra vaxt olmayacaq”.

Qeyd edək ki, bu il sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
OXŞAR XƏBƏRLƏR