BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Ağacın altında qalan məktəbli hazırda reanimasiyadadır

Ağacın altında qalan məktəbli hazırda reanimasiyadadır
SOSİAL
22:51 06.12.2018
6839
Xəbər verdiyimiz kimi, Sumqayıtda 13 yaşlı Aysun Məcidovanın üzərinə ağac düşüb.

AZXEBER.COM Sputnik Azərbaycan-a istinadən bildirir ki, zərəçəkmişin dayısı Mustafa İbişov hadisə və qızın durumu barədə yeni məlumat verib: "Hadisə 9 nömrəli orta məktəbdən bir qədər aralıda baş verib. Uşaq dərsdən çıxıb evə gələndə ağac aşıb, altında qalıb. Ətrafda görənlər onu maşına qoyaraq evə gətiriblər. Daha sonra biz uşağı travmatologiyaya gətirmişik. Uşaq hazırda reanimasiyadadır, sabah əməliyyat olunacaq".

Dayısının sözlərinə görə, uşaqda bir neçə sınıq və çat yaranıb: "Aysunun qıçlarında 5 yerdə sınıq, çanaq hissədə isə 2 yerdə çat var. Diz oynaqlarından da biri qırılıb. Bu səbəbdən ola bilər ki, onun yeriməyində problem yaransın".

"Hazırda da uşağa qan köçürdülər. Artıq lazım olan qan yığılıb" - deyə M.İbişov əlavə edib.

O baş verən hadisə ilə əlaqədar olaraq heç bir yerə şikayət etmədiklərini bildirib: "Savadsız adamlarıq, belə şeyləri bilmirik. Sadəcə olaraq hadisə baş verdikdən sonra gələn polisə bu haqda məlumat vermişik".

Qeyd edək ki, Sumqayıt şəhər Travmatologiya Xəstəxanası tərəfindən kirayədə qalan, 3 övlad sahibi olan ailənin sosial durumu nəzərə alınaraq 13 yaşlı Aysunun əməliyyatı pulsuz həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:25 29.03.2020

İtaliyada bir gündə 700-dən çox şəxs koronavirusdan öldü

22:17 29.03.2020

Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı - Rəsmi

21:52 29.03.2020

Vətəndaşlara ediləcək yardımla bağlı - Nazirlikdən açıqlama

21:28 29.03.2020

Üç sərnişin avtobusunun hərəkət sxemi dəyişdirildi

20:38 29.03.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatdı

20:21 29.03.2020

“Bu müharibədə sevdiklərimizi özümüz öldürürük”

20:12 29.03.2020

“Azərsu” 8600 əməkdaşını məzuniyyətə göndərdi

17:50 29.03.2020

Sürücülərin nəzərinə!

17:25 29.03.2020

Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

16:53 29.03.2020

Generallar Prezidentin tapşırığı ilə karantin əra­zisinə yollandı - Fotolar

15:44 29.03.2020

İstanbul əhalisinə müraciət olundu: 48 saat evinizi tərk etməyin!

15:14 29.03.2020

Koronavirusa yoluxan azərbaycanlı xanım: “Ciddiyə alın, xəstəliyi olmayan gəncləri də öldürür”

15:12 29.03.2020

Abşeronda təbliğat qruplarında iştirak edənlərin sayı 50 nəfərə çatdırıldı - FOTOLAR

15:09 29.03.2020

“RAHAT” supermarketlər şəbəkəsinin əməkdaşları pozitiv əhval-ruhiyyə yaradırlar - VİDEO

14:56 29.03.2020

İranda koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatıb

14:43 29.03.2020

Səhiyyə Nazirliyi tibbi maskalarla bağlı əhaliyə müraciət etdi