Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi
SOSİAL
10:55 25.04.2025
520
Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.

AZXEBER.COM xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, Nurəddin Cəlilov 15 sutka inzibati qaydada həbs edilib.

N.Cəlilovun həbsinin təfərrüatı barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, "Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.
OXŞAR XƏBƏRLƏR