"Ağadadaşın bildiyi o qədərdir" - Nəzakət Teymurovadan etiraz

"Ağadadaşın bildiyi o qədərdir" - Nəzakət Teymurovadan etiraz
MAQAZİN
00:00 26.04.2018
7169

Xalq artisti Ağadadaş Ağayevin söylədiyi "Qarabağda muğam məktəbi yoxdur və bu fikrin özü yanlışdır" fikirləri cavabsız qalmayıb. 

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, xalq artisti Nəzakət Teymurova A.Ağayevin sözlərinə etiraz edib: 

"Üzeyirin doğulduğu torpaq elə məktəbdi də. Ordan kimlər çıxmayıb ki? Seyid Şuşinki, Xan Şuşinski... Elə hazırda Seyid Şuşinskinin yolu ali məktəblərdə dərs cədvəlində istifadə olunur. Bu bəs deyil? Ağadadaş Ağayevin bunu necə dediyini anlaya bilmirəm. Amma fakt, fakt olaraq qalır. Bunu onun özü ilə dəqiqləşdirin, görün niyə belə deyib? Qarabağ ifaçılarının diskləri bütöv xarici ölkələrə yayılıb. Ağadaş bəy maarifləndirici adamdır, o sözü birdən birə deyə bilməz. Nəyə əsaslanıb, belə deyib?  Etirazım onadır ki, illərdir Qarabağ məktəbi var, bunun sübuta ehtiyacı yoxdur. Elə deyirsə, onun bildiyi o qədərdir. Mən nə deyim? Fikir, söz azadlığı var. Amma bir az tarixə nəzər salsa, görərsiniz ki, bu belədir".

N.Teymurova bildirib ki, Qarabağda muğam məktəbləri olub: 

"Qarabağda məktəb olub. Qarabağdan niyə çox ifaçılar çıxır? Uzağa getməyim, özümdən danışım. Mənim hələ anamın səsi olub. Elə səslər var ki, onlar bir boğaz oxuyan kimi bilirsən ki, bu Qarabağ məktəbinin yetirməsidir. Məktəb isə Seyid əminin yoludur. Bakılısı, şəkilisi, qarabağlısı da eyni oxuyur. Yəni bu belədir". 

 

Qeyd edək ki, A.Ağayev olke.az-a müsahibəsində deyib ki, Qarabağda muğam məktəbi yoxdur. O bildirib ki, nəinki Qarabağ, Bakı, Şirvan məktəbləri ifadəsi də yanlışdır:

"Bu ifadənin özündə yanlışlıq var. Muğamda Qarabağ yolu var, ancaq Qarabağ məktəbi yoxdur və olmayıb".

Müğənni onu da əlavə edib ki, muğam məktəbi Azərbaycanın tarixi paytaxtı olan Təbrizdə mövcuddur: 

"Əsas məktəb Təbrizdədir. Əgər kim dediyimə şübhə edirsə, buyurub araşdıra bilər".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ersin Tatar Azərbaycana gəldi
12:10 02.07.2025
Ersin Tatar Azərbaycana gəldi
İsrail Qəzzada daha 29 fələstinlini öldürdü
12:05 02.07.2025
İsrail Qəzzada daha 29 fələstinlini öldürdü
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəldi
11:55 02.07.2025
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəldi
“Media haqqında” qanuna bu dəyişikliklər ediləcək
11:47 02.07.2025
“Media haqqında” qanuna bu dəyişikliklər ediləcək
Birbank "Bahar" lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
11:43 02.07.2025
Birbank "Bahar" lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib