Ağalar Vəliyev 3 rəqibini necə sıradan çıxartdı? – Deputatın Goranboydakı seçki oyunu (FOTOFAKT)

SİYASƏT
01:48 21.10.2015
2499

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyev rəqiblərinə göz verib, işıq vermir.

Azərbaycanda növbəti parlament seçkilərinə az bir zaman qalması ictimaiyyətin diqqətinin seçki prosesinin üzərinə yönlənməsinə təkan verir. Artıq namizədlər öz seçki platformaları ilə bağlı seçicilərini maarifləndirir, öz təbliğatlarını həyata keçirirlər.

Təşviqat dönəmindən işə başlayan AZXEBER.COM-un seçki monitorinq qrupu namizədlərin təşviqat işinin obyektiv qiymətləndirilib, ictimaiyyətin diqqətinə çatdırılması üçün araşdırmalar təqdim etməyə davam edir.

Monitorinqin nəticələrinə görə, təbliğat kompaniyası başladığı gündən haqqında mətbuatda onlarla neqativ məlumatlar dərc edilən Ağalar Vəliyev Goranboyda seçki təşviqatını özünəməxsus tərzdə keçirən deputatlar arasında ön sırada dayanır.

Hazırda Goranboyda seçki təşviqatı üçün dəridən-qabıqdan çıxan Ağalar Vəliyevin seçki əhvalatları daha çox diqqətçəkicidir. Belə ki, "Azəraqrartikinti" rəhbəri 8 namizəddən 3-nün namizədliyini geri götürməsində birbaşa səbəbkar olub. Portalımıza daxil olan məlumata görə, o 8 namizədin 3-nü artıq sıradan çıxardıb və görünən odur ki, hazırda namizədlər arasında onun özünün birbaşa razılığı ilə fəaliyyət göstərən adlar da var. Hətta onlar arasında deputatın rayonda seçki təşviqatını həyata keçirən namizədin də olduğu deyilir.

Namizədliyini geri götürənlər arasında ƏLİYEV SÜLEYMAN YADİGAR oğlu, HƏSƏNƏLİYEV DƏYANƏT ELDƏNİZ oğlu və KƏRİMOV SAHİB MƏHƏRRƏM oğlunun adlarının olması məlumdur. Deputatın seçkilərə bir neçə gün qalmış iki-üç namizədlə seçkiyə gedəcəyi deyilir və geridə qalan 2 namizədin də sıradan çıxarılması üçün deputatın fəaliyyətdə olduğu bildirilir.

Artıq öz “gücü” hesabına 3 namizədini müxtəlif üsullarla sıradan çıxartmağa nail olan deputatın seçkiləri ənənəvi taktikası ilə udması şübhə doğurmur. Ancaq Goranboydan gələn xəbərlər heç də görünən vəziyyətlə üst-üstə düşmədiyini deməyə əsas verir. Şəfəq, Yeni-yol və Xanqərvənd kəndlərində görüşlər keçirən Ağalar Vəliyevin kəndlərin bəzilərində seçicilər tərəfindən fitə basıldığı da gələn xəbərlər arasındadır.

Araşdırmalarımız onu da göstərir ki, Ağalar Vəliyev bir çox virtual səsvermələrdə geridə qalır. Qaradağdan sonra özünə Goranboyu seçən "Azəraqrartikinti" şefi səsvermələrdə çox acınacaqlı nəticələrlə qarşılaşır.

AZXEBER.COM-un inetenet media məkakanındakı oxucuların seçkiyə olan marağının artırılması istiqamətində hazırladığı virtual səsvermədə deputat MƏMMƏDOV YAQUB NURƏDDİN oğluna böyük səs çoxluğu ilə uduzur.

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi üzrə keçirilən virtual səsvermənin nəticələri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://azxeber.com/vote/100

Redaksiyadan:

FOTO 1 - Namizədliyini geri götürən adlar

FOTO 2 - MSK-da hazırda namizədliyi qalan adlar

FOTO 3 - Virtual səsvermənin dairə üzrə nəticəsi

OXŞAR XƏBƏRLƏR