AAYDA Kürdəmirdə imkansız ailələri sevindirdi - FOTOLAR

AAYDA Kürdəmirdə imkansız ailələri sevindirdi - FOTOLAR
SOSİAL
17:25 11.04.2020
1434
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aztəminatlı, yaşlı, kimsəsiz insanlara diqqət və qayğı göstərilir. Bu qəbildən olan daha bir qrup aztəminatlı ailəyə baş çəkilib, onlara ərzaq yardımı göstərilib. Bu işin davamlı xarakter daşıması nəzərdə tutulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun təşəbbüsü ilə Kürdəmir rayonu 21 nömrəli Yol İstismar MMC-in rəhbərliyi Kürdəmirdə yaşayan kimsəsiz, yaşlı və aztəminatlı  ailələrə ərzaq yardımı çatdırıb. 

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) rəhbərliyinin təşəbbüsü ilə agentliyin təşkilatları bu kimi dəstək kampaniyalarını digər rayonlarda da aparır. 

Sakinlər dəstəyə görə AAYDA-nın rəhbərliyinə təşəkkür ediblər.

Qeyd edək ki, AAYDA bundan öncə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat vəsait köçürüb.
 












OXŞAR XƏBƏRLƏR