ABŞ Konqresinin nümayəndə heyəti Azərbaycana gələcək

Bütün Xəbərlər
13:11 25.04.2011
1451
APA-nın xəbərinə görə, səfər zamanı konqresmenlər Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəklər. Görüşlərdə ABŞ-Azərbaycan ikitərəfli əlaqələri müzakirə olunacaq.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu isə açıqlamasında bildirib ki, B. Şusterin başçılıq etdiyi nümayəndə heyətinin səfər çərçivəsində Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov tərəfindən qəbul edilməsi də gözlənilir. 

Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycana səfərinin aprelin 28 və ya 29-da gerçəkləşməsi gözlənilir. Hazırda nümayəndə heyətinin tərkibi dəqiqləşdirilir.

 

OXŞAR XƏBƏRLƏR