Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu isə açıqlamasında bildirib ki, B. Şusterin başçılıq etdiyi nümayəndə heyətinin səfər çərçivəsində Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov tərəfindən qəbul edilməsi də gözlənilir.
Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycana səfərinin aprelin 28 və ya 29-da gerçəkləşməsi gözlənilir. Hazırda nümayəndə heyətinin tərkibi dəqiqləşdirilir.