ABŞ Səfirliyi Leyla Yunusun ofisinin sökülməsindən narazıdır
MARAQLI
08:24 13.08.2011
1648
"Narahatçılığa əsas səbəblərdən biri odur kı, sökülmə rayon inzibati məhkəməsinin sözügedən mülkiyyətin sökülməsini və ya zəbt edilməsini qadağan edən 24 may tarixli qərarına zidd olaraq baş vermişdir. Bundan əlavə, binanın sahibi respublika hüdudlarından kənarda olduğundan sökülmədən əvvəl binadakı əşya və sənədləri toplaya bilməmişdir"-deyə səfirliyin açıqlamasında qeyd edilir.
Mülkiyyət hüquqlarının qorunmasını təmin etmək məqsədilə ABŞ Səfirliyi Azərbaycan hökumətini ziyan çəkmiş vətəndaşlarla açıq dialoqa çağırır və mülkiyyət hüquqlarının və qanunun aliliyinin müdafiəsinin azad və inkişaf etmiş cəmiyyətdə əsas rol oynadığını vurğulayır.