Abbas Abbasov Jirinovskidən baş prokurorluğa şikayət etdi
SİYASƏT
01:35 02.04.2014
1068
Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskidən Rusiya baş prokuroru Yuri Çaykaya şikayət edib.AZXEBER.COM-un məlumatına görə, Abbas Abbasov Yuri Çaykaya yazdığı müraciətində Jirinovskinin Rusiya Dövlət Dumasında Dağlıq Qarabağı Rusiyaya birləşdirmək barədə çağırışından, azərbaycanlıların təhqir etməsindən bəhs edib.“Bu cür məlumatları reportaj şəklində Dövlət Dumasının iclasından KİV vasitəsi ilə yaymaq, şəksiz ki, böyük auditoriyada millətlərarası ədavəti qızışdıran ifadələri səsləndirmək məqsədi daşıyıb”,- deyə Abbas Abbasov vurğulayıb.