Əməkdar artist Abbas Bağırov Gəncədə bir neçə gün öncə döyüldükdən sonra dünyasını dəyişən 18 yaşlı Elgün İbrahimovla bağlı çağırış edib.
AZXEBER.COM məlumat verir ki, bu barədə ifaçı sosial media hesabında bildirib.
"Bir səs, bir harayda Elgün üçün yüksəlsin. Türkiyədə baş verən hər hadisə gündəmə gətirilir, ədalət axtarılır, haqq tələb olunur. Bəs, biz niyə susmalıyıq? İndi zamanıdır. Səssiz qalmamalıyıq. Bu vəhşiliyi törədənlər layiq olduqları ən ağır cəzanı almalıdırlar. Ədalət gecikməməlidir. Çünki bir uşaq, bir Elgün baxır bizə səssizcə... Onun haqqı, yaşanmamış həyatı üçün susmamlıyıq. Ədalət yerini tapsın. Elgün üçün susmayaq" - Gəncəli müğənni yazıb.
Qeyd edək ki, mayın 12-də 18 yaşlı Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxanasının həyətində öyüldükdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.