Xəbər verdiyimiz kimi, ötən həftə Abbas Bağırovun konserti baş tutub.
Xeber1.Az-ın redaksiyasına konsertlə bağlı maraqlı video görüntülər daxil olub. Belə ki, hissə-hissə çəkilmiş videogörüntülərdə konsertin gedişatı zamanı ciddi texniki problemlərin yaşandığı əks olunur. Hadisə şahidləri bu problemin bir neçə saat müddətində davam etdiyini və problemin aradan qaldırılması üçün 3-4 personalın ciddi cəhdlə çalışdığını iddia edirlər. Buna baxmayaraq Abbas Bağırov konsertinin 2-ci günündə baş verən bu olayı mahnıları ilə unutdurmağa çalışıb.Həmin görüntüləri təqdim edirik: