Prezident İlham Əliyev Abbasəli Novruzovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM AzərTAca-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbasəli Ramazan oğlu Novruzov "Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Sərhəd Qoşunları komandanının baş müşaviridir.