Abdin Fərzəliyev sakinlərlə görüşdü - FOTOLAR

Abdin Fərzəliyev sakinlərlə görüşdü - FOTOLAR
SOSİAL
13:34 16.02.2022
391
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 25 yanvar 2021-ci il tarixdə Xırdalan şəhəri, 27-ci məhəllə, 1b saylı çoxmənzilli binada baş vermiş güclü partlayış nəticəsində ziyan çəkmiş sakinlərlə görüşmək məqsədi ilə sözügedən ünvana getmişdir.
 
AZXEBER.COM xəbər verir ki, görüş zamanı bildirilmişdir ki, güclü partlayış nəticəsində 5 mənzil tamamilə dağılmış, qarşıdakı 80 mənzildən ibarət çoxmənzilli yaşayış binasında 40-dan çox mənzilin pəncərələri, qapıları və bir çox məişət əşyaları yararsız vəziyyətə düşmüşdür. Hazırda çoxmənzilli binada təmir-bərpa işləri başa çatmış, zərər çəkmiş ailələr öz mənzillərinə qaytarılmışdır. Mənzilləri tamamilə dağılmış 5 ailə üçün isə çoxmənzilli yaşayış binasının qarşısında iki mərtəbədən ibarət binanın tikintisi və çoxmənzilli binada mətbəxti yararsız vəziyyətə düşmüş bir ailə üçün isə növbəti mərhələdə mətbəxtin yenidən inşası nəzərdə tutulmuşdur. Lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə bildirilib ki, iki mərtəbədən ibarət binanın tikintisi üçün təklif olunan ərazinin ölçüləri şəhərsalmanın əsaslandırılması layihəsinin işlənməsi üçün yetərli (tələbləri ödəmir) deyil və bu səbəbdən məsələ açıq olaraq qalmaqdadır.

RİH başçısı Abdin Fərzəliyev aidiyyatı dövlət qurumları ilə yazışmaların davam etdiriləcəyini və problemin həlli istiqamətində mümkün variantların araşdıracaqlarını bildirmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan şəhərində istifadəsiz qalmış və yararsız hala düşmüş Şahmat Məktəbinin mövcud durumu ilə tanış olmaq məqsədi ilə binaya baxış keçirmişdir.

Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev Şahmat Məktəbi haqqında ətraflı məlumat verərək bildirmişdir ki, 2014-cü ildə inşa olunan binanın yararsız vəziyyətə düşməsinin səbəbi yaxınlıqda olan atraksiondakı suyun sızması və suyun dəyişdirilməsi ilə əlaqədardır. Belə ki, akraksiondakı su dəyişdirilən zaman böyük həcimli su kütləsi Şahmat Məktəbinin bünövrəsinə axmış və bunun nəticəsində məktəbin döşəməsi çökmüşdür. Şahmat Məktəbinin 2 dəfə əsaslı şəkildə təmir olunmasına baxmayaraq sözügedən atraksionun suyunun 3 dəfə dəyişdirilməsi ilə məktəb yenidən yararsız hala düşmüşdür. Bununla əlaqədar olaraq RİH başçısından sözügedən atraksionun ərazidən uzaqlaşdırılması və Şahmat Məktəbinin yenidən təmir olunmasında köməklik göstərilməsi xahiş olunmuşdur.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev məsələnin araşdırılması və təmir-bərpa layihəsinin hazırlanması istiqamətində müvafiq tapşırıq və göstərişlərini vermişdir.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
15:21 24.08.2025
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib