Abel Məhərrəmov BDU tələbələrini Altıağaca istirahətə göndərir

GƏNCLİK
09:52 07.05.2011
2417
Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bu günün universitet həyatında əlamətdar olduğunu bildirib. Deyib ki, artıq bir aydan çoxdur ki, universitetdə ulu öndərin xatirəsinə həsr olunmuş müxtəlif  idman yarışları üzrə turnirlər və futbol yarışları keçirilir.  

Ulu öndərin anadan olmasının ildönümünə həsr edilən futbol çempionatında birinci yeri tətbiqi riyaziyyat və kibernetika fakültəsi qazanıb. İkinci yeri coğrafiya, üçüncü yeri isə tarix və hüquq fakültələrinin tələbələri tutub.  Qaliblərin mükafatlandırılma mərasimindən sonra rektor I, II və III yeri tutanların universitetin Altıağacda yerləşən tədris-təcrübə bazasına istirahətə göndəriləcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 88 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində bir qrup alpinist bu gün Şahdağa  yola düşəcək, ümummilli liderin barelyefi önünə BDU-nun bayrağını asacaqlar.

OXŞAR XƏBƏRLƏR