Ulu öndərin anadan olmasının ildönümünə həsr edilən futbol çempionatında birinci yeri tətbiqi riyaziyyat və kibernetika fakültəsi qazanıb. İkinci yeri coğrafiya, üçüncü yeri isə tarix və hüquq fakültələrinin tələbələri tutub. Qaliblərin mükafatlandırılma mərasimindən sonra rektor I, II və III yeri tutanların universitetin Altıağacda yerləşən tədris-təcrübə bazasına istirahətə göndəriləcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 88 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində bir qrup alpinist bu gün Şahdağa yola düşəcək, ümummilli liderin barelyefi önünə BDU-nun bayrağını asacaqlar.