BDU-nun Boloniya prosesilə ayaqlaşmasında problemlərinin olması barədə deyilənlərə gəlincə, müsahibimiz bildirb ki, milli-mənəvi dəyərləri saxlamaqda qətiyyətlidirlər: “Bir şeyi sizə anladım. Qarşınızda belə bir məsələ qoyulsa ki, 6 ayda ingilis dilini, fransız dilini, yaxud da türk dilini öyrənməlisiniz, təbii ki, üçüncünü tutacaqsınız. Boloniya prosesində məsələ qoyulur ki, universitetdə iki semesterdə ingilis dilini 36 saat tədris etmək kifayətdir. Boloniya prosesinə qoşulan bütün dövlətlərin hamısının orta məktəblərində dərslər ingilis dilindədir. Biz isə milli dildə oxumuşuq. Ona görə biz tələb edirik ki, BDU-da I kursdan sonuncu kursa qədər ingilis dili keçirilsin. Milli-mənəvi dəyərləri saxlamaqla biz qlobal dünyaya, o cümlədən Boloniya sisteminə inteqrasiya etməyə hazırıq. Biz milli-mənəvi dəyərləri və milli maraqları itirə bilmərik. Bizim dünya təhsilinə qovuşmaq üçün proqramımız var. “BDU xəbərləri” nin ingilis dilində çıxması, jurnallarımızın, kitablarımızın bir hissəsinin ingilis dilində çıxması, bütün fakültələrdə ingilis-dilində qrupların yaradılması bizim qarşımızda duran məsələlərdir. Bizdə 16 fakültə var. Bütün fakültələrin hamısında ingilis dili qruplarımız fəaliyyət göstərir. Hərtərəfli böyük planlarımız var. Biz tezliklə dünyanın 500 universiteti arasında yer alacağıq”./// modern.az