Abel Məhərrəmov Rafiq Əliyevdən danışdı

Abel Məhərrəmov Rafiq Əliyevdən danışdı
MARAQLI
19:51 14.11.2011
2147

Dövlət Neft Akademiyasının kafedra müdiri Rafiq Əliyevin işdən uzaqlaşdırılmasına Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov münasibət bildirib.

AZXEBER.COM-un SalamNews-a istinadən xəbər verir ki, Abel Məhərrəmov jurnalistlərə müsahibəsində deyib: "Rafiq Əliyevin işdən çıxarılmasında qeyri-adi heç nə yoxdur. Akademik də, daha yüksək vəzifəli şəxslər də, alimlər də işdən çıxarıla bilər. Məsələn, Bakı Dövlət Universitetinin bir neçə akademiki ərizə yazaraq vəzifələrindən imtina ediblər. Mənim mətbuatda oxuduğum məlumata görə, Rafiq Əliyev iş qrafikini pozduğu üçün rektor tərəfindən tutduğu vəzifəsindən uzaqlaşdırılıb. İş rejimini pozan istənilən alim, akademik, laborant işdən xaric oluna bilər. Bunu dramatikləşdirməyə ehtiyac yoxdur. Bu yaxınlarda Bakı Dövlət Universitetinin alimləri və ağsaqqallarının Rafiq Əlyevlə bağlı müraciəti olacaq. Müraciət ondan ibarətdir ki, bəzi alimlər və ziyalılar yığışaraq müxtəlif forumlar keçirir və müraciətlər qəbul edirlər. Bilmək lazımdır ki, Azərbaycan inkişaf edir və ölkəyə sabitlik gərəkdir. Bu sabitliyin qorunması üçün hər kəs öz dəstəyini əsirgəməməlidir. Azərbaycan həmçinin, müharibə şəraitində yaşayır”. “Bu məsələdə müxalifətin və xarici qüvvələrin rolu ola bilərmi?” sualına deputat Abel Məhərrəmov belə cavab verib: “Mən əlbəttə, buna böyük üstünlük verirəm, çünki bəzi müxalifət qüvvələri açıq danışıram ki, bəzi xarici dövlətlərdən qrant alırlar. Bu qrantlar hesabına müəyyən tədbirlər keçirirlər. Bəzən isə ürəkdən keçirməsələr də amma qrantı aldıqlarına görə məcburdurlar ki, bu tədbiri keçirsinlər. Keçirənkən də müxalifət hökumətin əleyhinə çağırışlar edir və insanları azdırmaq istəyir. Bir daha ziyalı həmkarlarıma üz tutub deyirəm ki, dövlət əleyhinə olan bu kimi çağırışlar, forumlar və əməllərdən çəkilsinlər”. Rektor xatırladıb ki, hazırda Bakı Dövlət Universitetində 300-dən çox professor, 30-a yaxın akademik, 14 deputat var, amma belə xoşagəlməz hadisələr burada baş vermir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:39 10.05.2025
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
16:18 10.05.2025
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
15:48 10.05.2025
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq