Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
AZXEBER.COM-un məlumatına görə, "Pittodri" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Görüşü avstriyalı Harald Lexnerin başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Bakıdakı ilk matçda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.