Abid Şərifov idman edərkən qolunu sındırdı

Abid Şərifov idman edərkən qolunu sındırdı
SOSİAL
15:57 15.12.2016
5219

Baş nazirin müavini Abid Şərifov qolunu sındırıb.

Baş nazirin müavini bu gün Türkiyənin Azərbaycandakı səfirliyinə gedib.

O, dekabrın 10-də İstanbulda törədilmiş terror hücum ilə əlaqədar xatirə kitabına ürək sözlərini yazıb.

Tədbirdə iştirak edən jurnalistlər baş nazirin müavininin qolunun ciddi zədə aldığını müşahidə edib. Lakin A.Şərifov bununla bağlı heç bir açıqlama verməyib.

Əldə etdiyimiz məlumata görə, Abid Şərifov qolunu idman zalında sındırıb.


///Ölkə.Az
OXŞAR XƏBƏRLƏR