Onun nə adı var, nə də valideynləri. Onun özü də yox kimidir.
O, abortdan sonra sağ qalan uşaqdır. Bu 940 qramlıq balaca varlıq hələ üç ay da anasının bətnində qalmalı idi. Lakin 14-cü həftədə Rusiyadan olan 25 yaşlı qadın hamiləliyi yarımçıq qoymaq üçün Çində hazırlanan dərmanları qəbul etməyə başlayır. Uşağın bətndə tərpənməsi belə onu bu qərarından vaz keçirmir. Və 25-ci həftədə uşaq düşür. Bununla belə ana bətnindən düşən döl heç nəyə baxmayaraq yaşayır.
Balaca oğlanda bir sıra vacib orqanları hələ ki, formalaşmayıb. Bu səbəbdən onun həyatı xüsusi plastik küvezdən asılıdır. Mürəkkəb tibbi avadanlıq kiçik orqanizmi oksigenlə təmin edir və onu donmağa qoymur. Döl hələ ki, özü udquna bilmir. Bu səbəbdən tibb işçiləri uşağın ağzına mayeni kateterlə ötürürlər. //faktxeber