ABŞ ağac məmulatlarının idxalına əlavə gömrük rüsumunun tətbiqinə hazırlaşır

ABŞ ağac məmulatlarının idxalına əlavə gömrük rüsumunun tətbiqinə hazırlaşır
DÜNYA
17:52 02.03.2025
472

 

ABŞ-a idxal olunan ağac məmulatlarına əlavəgömrük rüsumu tətbiq edilə bilər.

AZXEBER.COM APA-ya istinadən verdiyi xəbər verir ki, Prezident Donald Tramp ötən gün ticarət nazirinə ölkənin milli təhlükəsizliyini qorumaq məqsədilə idxal olunan ağac məmulatları ilə əlaqədar araşdırma aparılmasını tapşırıb.

Ticarət Nazirliyi araşdırmanı 270 gün ərzində yekunlaşdırmalıdır. Eyni zamanda Donald Tramp 90 gün ərzində ABŞ-də daxili tədarükü artırmaq üçün dövlət torpaqlarındakı meşələrdə ağacların yığılmasına icazə verilməsinin asanlaşdırılması üçün yeni addımların atılmasını tapşırıb.

Ticarət müşaviri Piter Navarro deyib ki, aparılacaq araşdırma Kanada, Almaniya və Braziliya kimi ağac məmulatları ixrac edən böyük ixracatçılara qarşı olacaq. Piter Navarro hesab edir ki, bu ölkələr ABŞ bazarına belə məmulatları çıxarmaqla ölkənin iqtisadi inkişafına və milli təhlükəsizliyinə zərbə vurur.

OXŞAR XƏBƏRLƏR