ABŞ ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın 19-da Vyanada keçirilən görüşünü alqışlayır.
AZXEBER.COM xəbər verir bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psakinin bəyanatında bildirilir.“Biz Ermənistan və Azərbaycan prezidentlərinin bu ilk addımını yüksək qiymətləndirir və onların qarşıdakı aylarda görüşləri davam etdirmək qərarını təqdir edirik”.Rəsmi Vaşinqton hesab edir ki, iki illik fasilədən sonra baş tutan prezidentlərin bu görüşü yenidən dialoqa başlamaq üçün vacib addımdır və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün liderlərin birgə öhdəliklərini nümayiş etdirir.“Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ hər iki prezidenti bütün tərəflərdə insanlar üçün ağır nəticələr vermiş bu münaqişənin sülh yolu ilə həlli istiqamətində fəal işləməyə çağırır”.