ABŞ azərbaycanlı alimin COVID-19-la bağlı tədqiqatını qəbul etdi

ABŞ azərbaycanlı alimin COVID-19-la bağlı tədqiqatını qəbul etdi
SAĞLAMLIQ
11:46 02.09.2020
1798
Almaniyanın Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin COVID-19-la bağlı apardığı növbəti elmi tədqiqat dünyanın ən nüfuzlu radioloji elmi cəmiyyəti olan Amerika Radiologiya Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib.

AZXEBER.COM xəbər verir ki, tədqiqat noyabr ayından videoformatda keçiriləcək dünyanın ən böyük və nüfuzlu radioloji konqresi üçün elmi məruzə kimi qəbul edilib.

Bu, tarixdə ilk dəfə olaraq, qeyd olunan təşkilatın azərbaycanlı alimdən qəbul etdiyi ilk elmi tədqiqatdır. Bundan əlavə, Köln Universiteti Klinikasının Radiologiya İnstitutunun COVID-19-la əlaqədar orada təqdim edəcəyi ilk elmi layihədir. 

Elmi tədqiqatda xəstələrdə öncədən aortada və ürəyin tac damarlarında yaranan kirəcləşmənin xəstəliyin proqnozundakı rolu sübut edilib. Bundan başqa xüsusi metodla ölçülən damarların kirəcləşməsinin səviyyəsinin xəstəliyin kliniki gedişinə birbaşa təsiri elmi şəkildə təsdiqlənib.

Qeyd edək ki, Nuran Abdullayev virusun öyrənilməsi, xəstəliyin müxtəlif xəstələrdə öncədən söylənilə biləcək proqnozu və kliniki gedişi barədə bir neçə elmi tədqiqat işini tamamlayıb. Aparılan tədqiqatların nəticələri ictimaiyyətə müvafiq elmi jurnallarda dərc edildikdən sonra tam açıqlanacaq. Azərbaycanlı alimin işçi qrupu ilə birlikdə "COVID-19 diaqnostikasında Süni intellektin rolu” mövzusunda hazırladığı layihə Almaniyanın müvafiq elmi distansiyalarında yüksək qiymətləndirilib.

Xatırladaq ki, tibb elmləri doktoru Nuran Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və tutarlı elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
17:00 17.06.2025
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR