ABŞ Britaniyanı hədələdi

ABŞ Britaniyanı hədələdi
SİYASƏT
11:33 12.10.2025
199
Birləşmiş Krallıq Çinə casusluqda ittiham edilən iki vətəndaşına qarşı məhkəmə işini dayandırqdan sonra ABŞ Böyük Britaniyanı kəşfiyyat məlumatlarını paylaşmağı dayandıracağı ilə bağlı hədələyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

"Ağ Ev Böyük Britaniyanın Baş Naziri Kir Starmerə xəbərdarlıq edib ki, iki çinli casusun mühakimə olunmaması xüsusi əlaqələrə xələl gətirə bilər və kəşfiyyat məlumatlarının mübadiləsinə təhlükə yarada bilər", - məqalədə deyilib.

Qeyd edək ki, 2023-cü ildə Britaniya vətəndaşları Kristofer Keş və Kristofer Berri Çinin xeyrinə casusluqda ittiham olunublar. Onlar günahlarını inkar ediblər. İki il sonra, prokurorlar Çinin krallığın milli təhlükəsizliyinə təhdid yaratdığına dair kifayət qədər sübut əldə edə bilmədiklərinə görə, bu şəxslərə qarşı ittihamları ləğv edib.
 
\"Report" 
OXŞAR XƏBƏRLƏR