ABŞ bu hüququ İsrailə verdi: Ordu istənilən vaxt…

ABŞ bu hüququ İsrailə verdi: Ordu istənilən vaxt…
DÜNYA
23:02 15.10.2023
294
"Birləşmiş Ştatlar Qəzza zolağına müdaxilə üçün quru əməliyyatının başlama tarixini və miqyasını İsrail Müdafiə Qüvvələrinin (IDF) müəyyən etmək hüququnu özündə saxlayır".

AZXEBER.COM publika.az-a istinadən xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"IDF vaxtı təyin edəcək və bu əməliyyatın həcmini və xarakterini müəyyənləşdirəcək", - Sallivan qeyd edib.

O, əməliyyatın məqsədi ilə bağlı suala cavab olaraq deyib:

"Əməliyyat məqsədi İsrailin və yəhudi xalqının təhlükəsizliyini təmin etməkdir".

Bundan əvvəl İsrailin Qəzzada quru əməliyyatlarınə təxirə salındığı bildirilirdi. "The New York Times"ın məlumatına görə, əməliyyat oktyabrın 14-15-də başlamalı idi, lakin hava şəraiti ilə əlaqədar bir neçə gün təxirə salınması qərara alınıb
OXŞAR XƏBƏRLƏR