ABŞ bu ölkədəki qoşunlarını çıxarır

ABŞ bu ölkədəki qoşunlarını çıxarır
DÜNYA
22:30 21.02.2026
862
ABŞ-nin rəhbərliyi ilə İŞİD-lə mübarizə üçün yaradılmış beynəlxalq koalisiya Suriyanın Əl-Haseke əyalətindəki "Kasrak" hərbi bazasından qoşunlarını çıxarmağa başlayıb.

Şəxsi heyət və hərbi texnika karvanları qonşu İraqa gedir.

"Kasrak" bazası eyniadlı əyalətin paytaxtı Haseke şəhərinin yaxınlığında yerləşir. O, Qərb koalisiyasının Suriyadakı ən böyük hərbi obyekti hesab olunurdu.

Daha əvvəl ABŞ-nin təxminən 1 000 nəfərlik bütün qoşunlarını iki ay ərzində Suriyadan çıxarmağa hazırlaşdığı bildirilib.

/report
OXŞAR XƏBƏRLƏR