Vaşinqton Britaniya hökumətinin ölkənin Avropa Birliyi (AB) ilə gələcək münasibətlərinə dair ümummilli referendum keçirmək planları ilə bağlı narahatlıq ifadə edib. Bu barədə APA “BBC”yə istinadən xəbər verir.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Fillip Qordon bildirib ki, Amerika “AB daxilində Britaniyanın güclü səsə malik olmasını” istəyir və “bu cür referendumlar çox vaxt ölkələri özlərinə qapanmasına gətirib çıxarıb”.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın baş naziri Devid Kemeron konservatorların təzyiqi altında ölkədə Avropa Birliyi (AB) ilə gələcək münasibətlərinə dair ümummilli referendum keçirilməsinin mümkünlüyü barədə bəyanatla çıxış edib.
Devid Kemeron qeyd edib ki, söhbət hələlik Böyük Britaniyanın AB tərkibindən çıxmasından getmir, lakin Avropa Birliyinə üzv olan dövlətlərin gələcək inteqrasiya və vahid valyutanın istifadəsi fonunda AB ilə əməkdaşlığın şərtlərinə yenidən baxılmasına ehtiyac var.