ABŞ Cənubi Koreyanı nüvə ilə silahlandıracaq

ABŞ Cənubi Koreyanı nüvə ilə silahlandıracaq
DÜNYA
18:17 30.10.2017
1237
ABŞ Cənubi Koreyanı daha çox silahla təmin etmək və müdafiə güclərini artırmaq üçüb yeni addımlar atır.

AZXEBER.COM xarici KİV-lərə istinadən xəbər verir ki, şənbə günü Seulda keçirilmiş görüşdə ABŞ və Cənubi Koreya hərbi liderləri arasında imzalanan razılaşmalara görə, Cənubi Koreya ABŞ-dan daha çox silah, modren raketlər alacaq.

Bununla yanaşı, ABŞ Şimali Koreaya qarşı müdafiəni gücləndirmək üçün Cənubi Koreyanı nüvə silahları ilə təmin edəcək. 

ABŞ-ın Dəniz Piyadaları Korpusunun generalı Josef Dunford və ABŞ-ın Müdafiə Naziri general Ceyms Mettis artilleriya və raketdən müdafiə imkanlarını yüksəltmək üçün müzakirələr aparıblar. Həmçinin ABŞ Şimali Kareyaya qarşı mübarizədə bombardmançı təyyarə, sualtı və təyyarə daşıyıcılarının verilməsini artıracaq. 

Görüş zamanı, Mettis Şimalı Koreyanın ABŞ və digər ərazilərə təhdidinin öncəki ilə nisbətən bu il daha da artdığını bildirib.

"Bizim hərbi və diplomatik əməkdaşlığımız yeni bir mərhələyə keçib” –deyə Mettis bölgənin təzyiq altında olduğunu vurğulayıb.
OXŞAR XƏBƏRLƏR